Müğənni Gülşən doğumdan sonra ilk dəfə səhnəyə çıxıb və ideal bədən quruluşunu nümayiş etdirib. Gülşən “Buzlar kraliçası” səhnə kostyumu və rəqs şouları ilə dinləyicilərini sanki ovsunlayıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1 ay əvvəl oğul anası olan müğənni karyerasına çox fasilə verməyib. Gülşən Uludağda Gənclər festivalı münasibəti ilə konsert verib.
Müğənni konsertdən əvvəl jurnalistlərə verdiyi açıqlamada bildirib ki, 2 aylıq fasilədən sonra yenidən səhnəyə çıxacağı üçün həyəcanlıdır: "Hər il bu festivalda çıxış edirəm, gənclər üçün çox gözəl konsertlər təşkil olunur”.
2 aydır səhnəyə çıxmıram, amma bilirsiniz ki, hamiləliyim boyunca dayanmadan çalışmışam. İşlərimə doğuma yalnız bir neçə həftə qalmış fasilə verdim. Doğumdan sonra səhnəyə ilk dəfə çıxmağa hazırlaşdığım üçün üzərimdə böyük bir həyəcan var!.
Oğlu üçün darıxdığını ifadə edən Gülşən 2 dayə tutduğunu inkar edib: “Körpəm üçün darıxıram, ayrılmaq çox çətin gəldi. Yola çıxan kimi dayəsi ilə telefondan görüntülü danışdıq. Atası da mənə tez-tez hər anını çəkib yollayır. Uşağa biz özümüz baxırıq, nəinki, heç bir dayə belə tutmamışıq. Uşağıma özüm baxıram və bundan böyük bir zövq alıram. Heç bir anını qaçırmaq istəmirəm, az yatıb onunla çox vaxt keçirməyə çalışıram ki, heç bir mimikasını qaçırmayım. Oğlumu başqası üçün doğmadım ki, o adam baxsın. Analıq vəzifəsini sonuna qədər yerinə gətirmək istədiyim üçün sevə-sevə baxıram ".






