Bir zamanlar "cənnət məkan" sayılan bu yer indi sanki apokalipsis sonrasından bəhs edən filmlərin çəkiliş meydançasıdır. Qərbi Papua-Yeni Qvineyadakı Titmika bölgəsində yerləşən Qrasberq mədəni viran məkandır.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, 1969-cu ildə İndoneziya əsrlər boyu hollandların müstəmləkəsi olmuş bu bölgəni ilhaq edərək öz ərazisinə çevirib. Yerli, aborgien insanlar da o vaxtlar bəri gündəlik ruzi axtarışında ən ağır işlərdə çalışırlar.
Qərbi Papuada dünyanın böyüklüyünə görə üçüncü mis mədəni yerləşir. Burada iri qızıl yataqları da aşkarlanıb.
Yerli sakinlər meşələri qırır, qızıl axtarırlar.
İndoneziyada ildə 70 milyon dollarlıq qızıl hasil olunur, amma Qərbi Papuada yerli sakinlər bu pulların mikroskopik qismini də görmürlər.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində








