“Ericsson ConsumerLab”: istifadəçilərin 66 faizi sağlamlığın yaxşılaşdırılması üçün daşınan qurğuların potensialına əmindir

“Ericsson ConsumerLab”: istifadəçilərin 66 faizi  sağlamlığın yaxşılaşdırılması üçün daşınan qurğuların potensialına əmindir
15:16 16 Mart 2015
Ölkə mətbuatı
A- A+

“Ericsson ConsumerLab”ın yeni tədqiqatı çərçivəsində ekspertlər istifadəçilərin sağlam həyat tərzini qorumaq üçün müasir texnologiyalardan istifadə imkanlarını araşdırıblar.

Dünyanın 49 ölkəsində yaşayan 54 min istifadəçi arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, fiziki aktivliyi izləməyə imkan verən daşınan elektronika və “bulud” xidmətlərinə yüksək tələbat var. İstifadəçilərin 71 faizi daşınan qurğuları sağlamlıq vəziyyətinin ilkin qiymətləndirilməsi üçün səmərəli vasitə hesab edir.

"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, bundan başqa, respondentlər əmindirlər ki, “bulud” xidmətlərindən istifadə yaşayış keyfiyyətini yaxşılaşdırır və yaşam müddətini artırır.

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35816-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR