Yanvarın 11-də ana olan müğənni Gülşən doğuşdan 26 gün sonra səhnəyə çıxması ilə diqqətləri üzərinə çəkib.
Axşam.az-ın Türkiyə mətbuatına istiandən məlumatına görə, müğənni bu günlər ərzində 12 kiloqram arıqlayıb. Çəkisinin 72 kiloqramdan 60-a düşürən ifaçıya məşhur dietoloq Şeyda Coşkun kömək olub. Şeyda Gülşənin arıqlama sirrini də açıb:
"Karbohidratı olan qidalardan uzaq qaldı. Doğuşdan sonra xurmalı qatıq, balıq, ət, göyərti və çoxlu meyvə yedi. Bu qədər kiloqramdan uşağı əmizdirərək qurtulub".