"Report" RBC agentliyinə istinadən bildirir ki, bu açıqlama ilə Rusiya Bankının sədri Elvira Nabiullina çıxış edib.
E.Nabiullina qeyd edib ki, 2017-lci ildə neftin orta qiyməti 40 dollardan yuxarı olacaq. Bunun səbəbini isə o, OPEC-in hasilatın azaldılması qərarı ilə əlaqələndirib. Baş bankir neft qiymətlərinin bir çox amildən asılı olduğunu xatırladıb və bunların başında ABŞ-ın neft siyasəti, şist neft istehsalı və OPEC-in hasilatı azaltmaqla bağlı qərarını uzadıb-uzatmaması amilləri durur.
E.Nabiullina həmçinin neftə olan tələbatın dəyişməsinin əsas səbəblərdən biri olduğunu deyib. O, Çinin neft idxalının həcminin neft qiymətlərinə təsirini xüsusi olaraq qeyd edib.