Paytaxt məkanlarının birində müğənni Samira Allahverdiyevanın konserti baş tutub. Lent.az xəbər verir ki, xeyriyyə məqsədli "Qoy hər ürək döyünsün" adlanan gecədən əldə olunan gəlir səhhətində problem olan Davud Həmzəyev adlı körpənin əməliyyatına sərf olunacaq. “Mən gəlirəm ” adlı mahnısı ilə səhnəyə çıxan Samira gələn qonaqları salamlayıb. Daha sonra ifaçı konsertlə bağlı təəssüratlarını bölüşüb: “Bu konsert xeyriyyə məqsədi ilə keçirildi. Buradan əldə olunan vəsait Davud balamızın 3-cü əməliyyatına sərf olunacaq. Mən həyatımda heç vaxt şöhrət dalınca qaçmamışam. Qaçmaq da fikirim yoxdu. Müğənni olmaq arzum idi və oldum. Bir parça çörək pulu qazanıramsa, nə xoş mənə. Şou proqramlardan qazandıqlarım ilə balalarımı dolandıra bilirəmsə, mənə bəsdir. Mənə brilyant və qızıl lazım deyil. Təki körpələr sağlam olsun”.

Gecəyə qatılan tanınmışlar sırasında əməkdar artistlər Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, müğənnilər Elnarə Xəlilova və Niyam Salami olub. İfaçı konsertinə qatılan həmkarlarına təşəkkürünü bildirib: "Bu gün Sevda Ələkbərzadənin, Niyam Salaminin və Elnarə Xəlilovanın gəlişini gözləmirdim. Onların bu hərəkəti mənim üçün böyük sürpriz oldu. Əslində heç kimin üstünə yüklənməyi sevmirəm. Ona görə də konsertlərimə bir və ya iki ən yaxın dostumu dəvət edirəm. Onların gəlişi mənim üçün gözlənilməz oldu".

Əməkdar artist Tünzalə Ağayeva isə təşkil olunmuş tədbir ilə bağlı bunları deyib: "İşlərimizin çoxluğu ilə əlaqədar biri-birimizin yanında ola bilmirik. Sevdiyim bir fikir var "İnsanlar fiziki deyil, qəlbən biri-birinin yanında olmalıdır və uğurlarına sevinməlidir". Nə yaxşı ki, insanlarımızın ürəyində xeyriyyə istəyi yaşayır. Davud balamız inşallah, sağlığına qovuşsun. Allah onun əziyyətini çəkən insanlara güc-qüvvət versin. Samirənin sənətini hər zaman alqışlamışıq. Bu dəfə insani keyfiyyəti alqışlamaq lazımdır". Gecədə həmçinin Samirə həmkarları ilə duet də ifa edib.

Samiranın konsertində nələr yaşandı? - FOTOLAR