Mərkəzi Avropada Günəşin tutulması gözlənilir

Mərkəzi Avropada Günəşin tutulması gözlənilir
19:38 16 Mart 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+


16 mart, Praqa, AZƏRTAC
Mərkəzi Avropa sakinləri martın 20-də gözlənilən Günəşin qismən tutulmasına hazırlaşırlar. Həmin regionun bir çox sakini bu orijinal və nadir hadisəni müşahidə etmək üçün hətta istirahət günü götürüb. Söhbət 2011- 2026-ci illər ərzində ən iri gün tutulmasından gedir. Ay Günəşin 74 faizini örtəcək.
Praqada gün tutulması saat 9:37-də başlayacaq, maksimal fazaya 10:45-də çatacaq, 11:57-də isə isə başa çatacaq. Bəzi insanlar martın 20-də Çexiyanın şimali-şərq rayonlarına getmək qərarına gəliblər, çünki orada gün tutulması daha uzun sürəcək. Bundan əlavə, ölkənin şimalında Ay Günəşin 75 faizini örtəcəksə, cənubda yalnız 70 faizini örtəcək. Ölkənin bir çox şəhərlərinin mərkəzi meydanlarında, məktəblərin yaxınlığında, habelə planetarilərdə gün tutulmasına kütləvi baxışlar təşkil ediləcək.
Çexiya Elmlər Akademiyasının Astronomiya bölməsinin mətbuat katibi Pavel Suxan bildirib ki, çox şey həmin gün havanın vəziyyətindən asılı olacaq. Əgər göyün üzü buludla örtülsə, gün tutulmasını gözləyənlərin bəxti gətirməyəcək. Pavel Suxanın fikrincə, martın 20-də havanın necə olacağının ən dəqiq proqnozu üç gün əvvəl, yəni martın 17-də məlum olacaq.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Merkezi_Avropada_Gunesin_tutulmasi_gozlenilir-839767

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR