ABŞ Prezidenti Donald Tramp komandasının "Rusiya ilə əlaqələr"də günahlandırılmasını Hillari Klintonun səhvlərinin ört-basdır etmək cəhdləri ilə əlaqələndirib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə dövlət başçısı "Tvitter"dəki hesabında yazıb.

O qeyd edib: "Rusiya ilə əlaqələr barədə mənasız söz-söhbət, sadəcə, Hillari Klintonun məğlub olmuş kampaniyası zamanı yol verilən bir çox səhvləri gizlətmək cəhdidir".

Milli.Az