Neftin qiyməti rekord vurur

Neftin qiyməti rekord vurur
09:22 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Brent markalı neftin qiyməti 50 dollara enib

Dünya bazarlarında neftin kəskin ucuzlaşması davam edir.
 
APA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Texas nefti (WTI) neftinin qiyməti sonuncu hərraclarda (Bakı vaxtı ilə saat 08:45 üçün olan məlumata görə) 1 barelə görə 47,92 dollar təşkil edib.
 
London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 50,90 dollara enib.
 
Beləliklə, “qara qızıl”ın qiyməti artıq üçüncü gündür ki, 2009-cu ilin mayında qeydə alınan tarixi minimumu yeniləməkdədir.
 
Bundan başqa, Texas neftinin qiyməti sonuncu dəfə 2008-ci ildə müşahidə olunan qlobal maliyyə böhranı zamanı bu səviyyədə olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR