Notada həmçinin, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin 365 nömrəli 13 may 2009-cu il tarixli əmri ilə təsdiq olunmuş Rusiya Federasiyasında sürücülük vəsiqələrinin rəsmiləşdirilməsi və verilməsi haqqında qaydalara müvafiq olaraq, sürücülük vəsiqələrinin doğum yeri adlı bölməsində daha böyük inzibati-ərazi vahidinin adının qeyd olunduğu barəsində məlumat verilir. Notada E.B.Arzangulyanın müəyyən edildiyi kimi Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) anadan olduğunu nəzərə alaraq, onun sürücülük vəsiqəsində qeyd olunan “Dağlıq Qarabağ” ifadəsi ilə ASSR-in DQMV-nin nəzərdə tutulduğu bildirilir.