Bakı. 22 fevral. REPORT.AZ/ Türkiyə Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına verdiyi dəstəyini daha da gücləndirmək niyyətindədir. Bu məqsədlə Türkiyə kənd təsərrüfatı üzrə müşavirlik açmaq niyyətindədir.
Bunu "Report"a Türkiyənin Avropa İttifaqı və Xarici Əlaqələr İdarəsinin rəisi Əli Rəcəb Nazlı bildirib.
Onun sözlərinə görə, Türkiyənin Azərbaycandakı səfirliyində bu ölkənin Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Kənd Təsərrüfatı üzrə Müşavirliyinin açılması nəzərdə tutulub.
Ə.R.Nazlı əlavə edib ki, müşavirliyin yaxın vaxtlarda açılması planlaşdırılır.