Ən çətin anda sizə ümid verəcək 10 kitab

Sizə ən çətin anınızda belə ümid verəcək, oxunulası 10 kitab.

Fərdi və ya ictimai baxımdan ümidsizliyin ruhunuza hopduğu bu kitabları əlinizə alıb bir neçə cümləsini belə oxumaq sizə yenidən yaşama sevinci, güc və ümid verəcək.

Metbuat.az saytı həmin kitabları təqdim edir. 

Antuan De Sent Ekzüperi (1943) “Balaca Şahzadə”

Sadə bir sirr verəcəm: insan ancaq ürəyi ilə baxdığı zaman doğrunu görə bilər. Həqiqətin mayası gözlə görülməz." Balaca şahzadə unutmamaq üçün təkrarladı", "Həqiqətin mayası gözlə görülməz."

“Balaca şahzadə”dən hamımızın alacağı dərs var.

Səməd Behrəngi (1968) “Balaca qara balıq”

Bir axşam vaxtı qışın ortasında, dənizin ən dərin yerində yaşlı bir balıq sayı 12 minə çatan balalarını və nəvələrini başına toplayıb onlara nağıl danışırdı...
“Şəkər portağalı” Jose Mauro De Vasconcelos

Çox yoxsul bir ailənin oğlu olaraq dünyaya gələn, günlərin birində isə acını kəşf edən balaca bir uşağın hekayəsindən bəhs edir.
Çarlz Dikkenz (1838)“Oliver Tvistin macəraları”

Oliver uşaqlar evində dünyaya gəlmiş yetim bir uşaqdır. Daha çox yemək istədiyi üçün onu uşaq evindən qovurlar. Oliver cənazə ləvazimatları satan bir adamın yanına gəlir. Onu qarşıda heç ummadığı bir gələcək gözləyir.

Arundhaty Roy(1997) “Balaca şeylərin Allahı”

Bu kitab 1997-ci ildə İngiltərədə “Booker” mükafatı alıb. Qadağan olunmuş bir sevgidən bəhs edən bu kitabda varlı bir hindu ailəsinin qızı Ammu evlərində işləyən bir işçiyə aşiq olur.

Xalid Hüseyn (2003)“ Çərpələng uçuran”

“Çərpələng uçuran” əsəri Əfqanıstanda doğulmuş Amerikalı yazıçı Xalid Hüseyn tərəfindən 2003-cü ildə yazılmışdır. Bir Əfqan tərəfindən ingiliscə yazılmış ilk romandır. “New york time” dərgisində ən çox satılan kitablar siyahısına düşmüşdür.

Kitab mədəniyyətlərarası dini, irqi bərabərsizlikdən, müharibələrdən bəhs edir.

Emil Zolya(1885) “Germinal”

1860-cı illərdə Fransanın şimalında adi bir gecədə gənc və işsiz bir adam olan Etienne Montsou tərəfə addımlayır. Bura yoxsul və ölümə tərk edilmiş mədən qəsəbəsidir. Qəsəbə xalqı azadlıq və çörək üçün mübarizə aparır.

Richard Bach (1970) “Qağayı Jonathan Livingston”

Durğun dəniz, kiçik dalğalar üzərində parıldayan günəş şüaları ilə açılan təmiz bir səhər... Balıqçı qayığı, uçuşan qağayılar səhər yeməyindən xəbər verirdi. Minlərcə qağayı bir loxma üçün mübarizə aparırdı. Ağır bir gün başlayırdı.

Michael Ende (1979)“Bitməyən əhvalat”

Nə istəyirsən onu elə!

Maya Angelou 1969 “ Qəfəsdəki quş niyə çırpınır, bilirəm”

Şiddət görən balaca bir qız irqçiliklə savaşaraq güclü bir xarakterə çevrilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR