"Real" müsəlman futbolçuya elçi düşüb

"Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını İspaniyada davam etdirə bilər.

"Real" müsəlman futbolçunun xidmətində maraqlıdır. Hətta Madrid klubu Pyaniçin qarşılığında Xames Rodriqesi və İskonu "Yuventus"a təklif etməyə hazırdır.

Qeyd edək ki, Xames Rodriqesin müqaviləsi 2018-ci ildə bitir. Zinəddin Zidanın rəhbərliyi altında əsas heyətə düşməkdə çətinlik çəkən kolumbiyalı oyunçu komandadan ayrılmaq niyyətindədir.

Cari mövsümdə 19 matçda meydana çıxan Miralem Pyaniç 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR