x
Loading...

"Real" uduzdu - "Barselona" yaxınlaşır

İspaniya La Liqasında 16-cı turdan təxirə salınmış görüş keçirilib.

Metbuat.az-ın məlumatına görə, lider "Real" "Valensiya"nın qonağı olub. Oyunda hesab 4-cü dəqiqədə açılıb. Simone Zaza ev sahiblərini hesabda önə keçirib. Çox keçmədən "Valensiya" Orelyananın sayəsində fərqi artırıb. 44-cü dəqiqədə fərqlənən Kriştiano Ronaldo komandasını ümidləndirsə də, "Real"ın bundan artığına gücü çatmayıb.

İspaniya La Liqası

16-cı tur

22 fevral

"Valensiya" - "Real" - 2:1

Qollar: Zaza (4), Orelyana (9) - Ronaldo (44)

Məğlubiyyətə baxmayaraq liderliyini qoruyan "Real"la ikinci pillənin sahibi "Barselona" arasında cəmi 1 xal fərq var. Qeyd edək ki, kral klubu əzəli rəqibindən 1 oyun az keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR