İnsanlığa qarşı ən böyük pisliklərdən biri insan düşüncəsiylə kitablar yaradıb, sonra onları yandırmaqdır. Tarix bu cür saysız-hesabsız amansızlıqlarla doludur. Yandırılan kitabxanalardan bir neçəsi bunlardır:
1) İRAN KİTABXANASI - İskəndər və əsgərləri tərəfindən yandırılıb. Zərdüştlüyün Avesta adlı müqəddəs kitabı da buna daxildir.
2) SİBİLLİ KİTABƏLƏRİ - Apollon təriqəti, rahibləri tərəfındən yox edilib.
3) İSKƏNDƏRİYƏ KİTABXANASI - Romalılar tərəfindən yandırılıb.
4) BAĞDAD KİTABXANASI - Xəlifə Ömər yüzminlərlə kitabı yandırma əmri vermədən öncə tarixə keçən bu sözləri deyib: “Bu kitablarda yazılanlar Quranda varsa, onlara ehtiyac yoxdur, Quranda yoxdursa da onlara ehtiyac yoxdur".
5) ÇİNGİZ XANIN YANDIRDIĞI KİTABLAR - Ələ keçirdiyi kəndlərin ilk öncə kitabxanalarını yandırıb. Yandırdığı kitabxanalar arasında məşhur Bağdad kitabxanası da vardı.
6) İSTANBUL KİTABXANASI - Xaçlılar tərəfindən yandırılıb.
7) ƏNDƏLÜS ƏMƏVİ KİTABXANASI - İspanlar tərəfindən yandırılıb.
8) MAYA VƏ İNK ƏLYAZMALARI - İspanlar tərəfindən yandırılıb.
9) BERLİN KİTABXANASI - Rusların əlinə keçməsin deyə, yerli nazilər tərəfindən yandırılıb.
10) BAĞDADIN TARİX MÜZEYİ - Min illərlə tarixi olan 17 min əsər və yüzminlərcə əlyazma öncə amerikalı tarixiəsər oğruları, sonra da bağdadlılar tərəfindən yağmalanıb və talan edildikdən sonra yandırılıb.
Dəniz / Metbuat.az