"Hoversurf" adlı rus şirkətinin istehsalı olan Scorpion-3 məhsulu dünyanın ilk uça bilən velosipedi sayılır.

Metbuat.az xəbər verir ki,Moskvada qapalı bir məkanda test edilən velosiped öz işini müvəffəqiyyətlə başa çatdırıb. "Scorpion-3" həm elektrik, həm də hibrit batareyası ilə işləyə bilir. Saatda təxminən 50 km sürət yığan məhsulun batareyası tam doldurulduqdan sonra 27 dəqiqə havada qala bilir.

Əsmər / metbuat.az