x
Loading...

Türk üsullu mantı hazırlayın - RESEPT

Metbuat.az Türk üsullu mantının hazırlanma qaydasını təqdim edir:

Lazım olan məhsullar:

3 su bardağı un + 1 yemək qaşığı un

1 ədəd yumurta

2 çay qaşığı duz

3/4 su (1 su bardağından yarım barmaq əksik su)

İçi üçün :

250 qr qiymə

1 ədəd sürtgəcdən keçirilmiş kiçik soğan

Duz

Qara bibər.

Qatıqlı sousu üçün:

12 yemək qaşığı qatıq

4 diş sarımsaq

Biraz duz.

Tamatlı sousu üçün:

2 yemək qaşığı kərə yağı

1 yemək qaşığı tamat

Qırmızı bibər

Nanə

Sumaq

Hazırlanması:

İçi üçün bir qaba qiymə, duz, qara bibər və sürtgəcdən keçirilmiş soğanı qoyub qarışdırın. Üzərinə streç keçirin və xəmiri hazırlayana qədər saxlayın.

Xəmiri üçün bir qaba unu tökün və ortasını açın. Ortasına yumurtanı, duzu və unu əlavə edib, sərt xəmir alanadək yoğurun. 30 dəqiqə saxlayın. Hazırladığınız xəmirdən yuxalar açın və kvadrat formada kəsin. Daha sonra hazırladığınız qiymədən xəmirin içinə qoyun. Kvadrat formada olan xəmirlərin uclarını birləşdirin.

Qatıqlı sous üçün bir qaba qatıq, duz və əzilmiş sarımsaq əlavə edib qarışdırın.

Qaynanmış suya hazırladığınız mantıları əlavə edin (Mantı suyun üzərinə çıxdığında bişmiş sayılır).

Daha sonra ocaqdan alıb, mantıların üzərinə soyuq su əlavə edin.

Tamatlı sous üçün tavaya kərə yağını əridin. İçinə tamatı əlavə edib qarışdırın.

Son olaraq, bişmiş mantıların üzərinə qatıqlı sous, üzərindən də tamatlı sous əlavə edib, servis edə bilərsiniz. Üzərini nanə, sumaq və qırmızı bibərlə də bəzəmək olar.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR