Ən reytinqli seriallardan biri olan "Vatanım sensin" bu həftə yayımlanmayacaq.
Milli.Az axşam.az-a istinadən bildirir ki, serialın prodüseri bu barədə açıqlama verib.
O, çəkilişlərin başa çatdırılmaması səbəbindən serialın bu gün efirə getməyəcəyini bildirib.
Digər tərəfdən isə həm "Survivor" yarışının, həm də "Beşiktaş"-"Apoel" futbol qarşılaşmasının eyni gündə yayımlanması reytinqlərə təsir etdiyi üçün "Kanal D"nin serialı bu həftə dayandırdığı iddia edilir.
"Vatanım sensin"in növbəti seriyası martın 2-də efirə gedəcək.
Qeyd edək ki, bu yayım siyasətini kanal daha öncə də tətbiq etmişdi. Belə ki, "Aşk-ı Memnu" və "Kurtlar Vadisi Pusu" serialları da futbol oyunları zamanı yayımlanmırdı.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində