Azərbaycan xalçaları beynəlxalq elmi mətbuatda - FOTO

Azərbaycan xalçaları beynəlxalq elmi mətbuatda - FOTO
14:37 23 Fevral 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq elmi mətbuatda ilk dəfə Naxçıvan xalçaları barədə məqalə dərc olunub.

Milli.Az xəbər verir ki, International Journal of Information Research and Review (IJIRR, Beynəlxalq İnformasiya Tədqiqatları və Təhlil jurnalı) əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun "XVIII-XX əsrin əvvəllərində Naxçıvanda xalçaçılığın vəziyyəti" mövzusunda nəzəri və təcrübi materiallar əsasında hazırlanmış məqaləsini nəşr edib.

Məqalədə qeyd olunur ki, Naxçıvan diyarında qədim dövrlərdə meydana gəlmiş xalçaçılıq erkən orta əsrlər dövründən başlayaraq müstəqil sənət sahəsinə çevrilib. İşçi qüvvəsinin və xammal ehtiyatlarının bolluğu orta əsrlər dövründə Naxçıvan diyarının xalçaçılıq sənətinin mühüm mərkəzlərindən birinə çevrilməsinə səbəb olub. Təsadüfi deyil ki, Naxçıvan diyarı şəddə və vərni kimi xalça məmulatlarının istehsal edildiyi ilk ərazilərdən hesab edilir. XVIII-XX əsrin əvvəllərində xarici bazarlarda xalça məmulatlarına tələbatın kəskin şəkildə artması Naxçıvan diyarında da bu sənətin inkişafına güclü təkan verib. Bölgədə istehsal edilən xalça məmulatlarının artıq xeyli hissəsi bazara çıxarılırdı.

Qeyd edək ki, V.Muradovun Naxçıvan xalçaçılıq tarixi mövzusunda tədqiqatları indiyədək respublikamızın müxtəlif elmi jurnallarında, qəzetlərində dərc olunmuş məqalələrində, 2013-cü ildə ayrı-ayrılıqda Azərbaycan, ingilis, rus dillərində dərc olunmuş "Naxçıvan xalçaçıları" adlı kitablarında, "Azərbaycan xalçaları. Naxçıvan qrupu" filmində öz əksini tapıb.

Zərif Nisə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR