Türkiyənin Van şəhərinin Edremit mahalında ibtidai sinif şagirdinə təcavüz edilib.

Metbuat.az xəbər verir ki, 20 ildir müəllim işləyən şəxs 9 yaşındakı uşağa qarşı zorakılıq edib. O, işdən azad edilib. Polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, şagirdin valideynləri boşanıblar. Ailə bağlarının qopduğunu düşünən müəllimin bu durumdan istifadə etdiyi guman edilir.

Dəniz / Metbaut.az