"Liverpul" yeni mövsüm üçün heyətinə qapıçı qatacaq. Fanat.Az xəbər verir ki, "qırmızılar" Co Hartı Premyer Liqaya qaytarmaq niyyətindədi.
Cari mövsümün əvvəlində "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın sisteminə uyğun gəlmədiyi üçün "Torino"ya icarəyə verilən qolkiper A Seriyasındakı performansı ilə diqqətləri üzərinə çəkib. Qvardiola ingilis qapıçının Premyer Liqadakı əzəli rəqiblərindən birinin düşərgəsinə getməsinə razı deyildi. Lakin "The Times"in xəbərinə görə, ispan mütəxəssis fikrini dəyişib və Co Hartın "Liverpul"a satılmasına razılıq verib.
Məlumata görə, "Liverpul" qolkiper üçün "Mançester Siti"yə 20 milyon funt-sterlinq təklif etmək istəyir.
Qeyl edək ki, "Mançester Siti" Co Hartı 2006-cı ildə "Şevsburi" klubundan 900 min avroya alıb. Hazırda "Transfermarkt" ona 15 milyon avro qiymət qoyub.
Fanat.Az