Türkiyədə 14 il əvvəl baş verən cinayətin üstü açılıb.
Milli.Az "gazetevatan"a istinadla bildirir ki, 14 il əvvəl kəmərlə boğulub öldürülən, yol kənarına atılan və yiyəsi tapılmadığına görə kimsəsizlər qəbiristanlığında basdırılan Ümmü Şimşeyin cinayəti ilə bağlı 3 nəfər saxlanılıb.
Ailə üzvləri cinayəti etiraf ediblər. Cinayətkarların dediyinə görə, Ümmü əri həbsə düşəndən sonra yad kişilərlə görüşüb. Bunu səbəb kimi göstərən qatillər onu kəmərlə boğaraq öldürüblər.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində