“23 fevral kişilər bayramı” yendəb cəmiyyətdə müzakirələrə səbəb olub.
Yerli məhşurlarımız necə, 23 fevralı bayram kimi qeyd edirmi? Mövzu ilə əlaqədar müğənni Cavanşir Məmmədov Metbuat.az-a bunları deyib:
“Dəqiq deyə bilmərəm ki, bu gün Azərbaycan kişiləri üçün bayramdır. Lakin bilirəm ki, Rusiyada 23 fevralı bayram kimi qeyd edirlər. Çünki sovet ordusunun yaranma günüdür. 26 İyun Silahlı Qüvvələr Gününü bayram kimi qeyd etmək lazımdır”.
Manaf Ağayev isə bu günü bayram kimi qeyd etdiyini bildirib:
“Dədə-babadan bu günü kişilər bayramı kimi qeyd etmişik. Yəqin ki, bütün dünyada bu gün qeyd edilir. Mənə illər öncə yaxşı hədiyyələr verirdilər, zəng edirdilər. Ancaq indi bu qayda unudulub".
Rəvan Nasiroğlu / Metbuat.az