Son İngiltərə çempionu "Lester" baş məşqçisi Klaudio Ranierini istefaya göndərib.
Metbuat.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, son dövrlərdə ard-arda qeydə alınan uğursuz nəticələr rəhbərliyin səbr kasasını daşırıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 25 turdan sonra aktivində 21 xalı olan "Lester" son sıralarda qərarlaşıb. "Tülkülər" Çempionlar Liqasının 1/8 finalı çərçivəsində oynanılan matçda səfərdə "Sevilya"ya 1:2 hesabı ilə məğlub olmuşdu.
2015-ci ildə komandanın sükanı arxasına keçən Klaudio Ranieri ötən mövsüm "Lester"lə İngiltərə Premyer Liqasının qalibi olmuşdu.