Çində 80 ildir evli olan cütlüyə toy fotosessiyası çəkilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 102 yaşlı Kinqlin Sinq və 99 yaşlı həyat yoldaşı Lişi Sinq 1936-cı ildə ailə qurub. Onlar kasıb olduqları üçün dəbdəbəli mərasim keçirə bilməyiblər.

Hazırda cütlüyün 6 uşağı, 5 nəvəsi və 4 nəticəsi var. 4 nəsil eyni evdə yaşayır.

2016-cı il aprelin 23-də evliliklərinin 80 illiyini qeyd edən yaşlılara yaxınları sürpriz edərək, onlar üçün toy fotosessiyası hazırlamaq qərarına gəliblər.

Belə ki, Lişiyə gəlinlik, Kinqlinə isə Çinin ənənəvi bəy libası geyindirilib.

Milli.Az

80 ildən sonra toy fotosessiyası - bəy 102, gəlin 99 yaşında