Azərbaycanda xəyanətlə bağlı keçirilən sorğu zamanı müsahiblərdən birinin "Azərbaycanda kişi yoxdur" deməyi ciddi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayan bu ifadə yerli məşhurları da özündən çıxarıb. Bu haqda metbuat.az-a danışan müğənni Manaf Ağayev sözügedən şəxsi sərt tənqid etdi:

“Vallah, bu söz heç xoşuma gəlmədi, ümumiyyətlə, doğru hərəkət deyil. Necə yəni kişi yoxdur? Elə kişinin biri mən, sonra? Ümumiyyətlə, hər yerin kişisi var. Düzdür, kişinin yaxşısı da, pisi də var. Ancaq bu, ağır söhbətdir”.

“Azərbaycanda kişi yoxdur” deyən qadına müğənnidən cavab: “yəqin ər axtarır”

Cavanşir Məmmədov

“Azərbaycanda yaxşı kişilər var, o xanım buna görə narahat olmasın. Heç xanıma yaraşan bir ifadə deyil. Yəqin o, ətrafındakıları nəzərdə tutur”.

“Azərbaycanda kişi yoxdur” deyən qadına müğənnidən cavab: “yəqin ər axtarır”

Vüqar Muradov:

“Mən iki dəfə o videoya baxdım. Düşünürəm ki, o qız fəryad edir, ərə gedə bilmir. Məncə o, ətrafında evlənmək məqsədi ilə kişilərin olmadığını düşünür. Ola bilər ondan istifadə ediblər və ciddi şəkildə heç kim onunla evlənməyi düşünməyib. Yoxsa, o, belə böyük bir səhv edə bilməz”.

“Azərbaycanda kişi yoxdur” deyən qadına müğənnidən cavab: “yəqin ər axtarır”

Rəvan Nasiroğlu/Metbuat.az