Borclarına görə 6 ölkə BMT Baş Assambleyasında səs hüququndan müvəqqəti məhrum edilib

Borclarına görə 6 ölkə BMT Baş Assambleyasında səs hüququndan müvəqqəti məhrum edilib
15:37 24 Fevral 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Altı ölkə üzvlük haqlarını ödəmədiyinə görə BMT Baş Assambleyasında səs hüququndan müvəqqəti məhrum edilib.
"Report" DW-yə istinadən xəbər verir ki, bu barədə BMT-dən bildiriblər.
Venesuela 24 milyon dollarlıq borcu ödədikdən sonra səs hüququna sahib olacaq və səsvermədə iştirak edəcək. BMT Baş Assambleyasının 71-ci sessiyasının sonuna, yəni 2017-ci ilin payızına qədər səs hüququndan məhrum olunan digər 5 ölkə isə bunlarıdır: Kabo Verde, Liviya, Papua Yeni Qvineya, Sudan və Vanuatu.
Borclu ölkələr azı iki il ərzində borclarını ödəsələr səsvermə hüquqları bərpa olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/borclarina-gore-6-olke-bmt-bas-assambleyasinda-ses-huququndan-muveqqeti-mehrum-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR