ATƏT PA-da Ermənistana qarşı sanksiya tətbiqi barədə məsələ qaldırıldı

ATƏT PA-da Ermənistana qarşı sanksiya tətbiqi barədə məsələ qaldırıldı
15:43 24 Fevral 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

"Ermənistanın hazırkı rəhbərliyi, o cümlədən prezident Sarkisyan insanlığa qarşı cinayətlər törətdiyini etiraf edib".

Bu barədə Azərbaycanın ATƏTParlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Tahir Mirkişili ATƏT PA-nın Siyasi və təhlükəsizlik məsələləri üzrə komitəsinin iclasında çıxışı zamanı deyib. O, kiberterrorizmə qarşı mübarizə mövzusunda məruzə ilə çıxış etmək istədiyini, lakin ermənistanlı deputatın çıxışından sonra fikrini dəyişməli olduğunu söyləyib.

T.Mirkişili bildirib ki, terrorizmi dövlət səviyyəsində dəstəkləyən ölkənin nümayəndəsinin çıxışı əsassız və məntiqsizdir: “Yəqin ermənistanlı nümayəndə ölkəsində keçiriləcək seçkilərə görə Parlament Asambleyasından platforma kimi istifadə etmək istəyib. Ermənistan digər ölkənin ərazisini işğal edən və beynəlxalq hüququ pozan ölkədir. Bu işğal nəticəsində bir milyon insan öz evlərini tərk etməli olub”.

Millət vəkilin sözlərinə görə, beynəlxalq ictimaiyyət Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir. O qeyd edib ki, Ermənistanın hazırkı hakimiyyətinin zorakılığı öz kulminasiya nöqtəsinə 613 dinc sakinin ölümü ilə nəticələnən Xocalı faciəsi zamanı çatıb: "ATƏT məkanında transmilli təhlükəsizliyi təmin etmək üçün Ermənistan kimi aqressiv ölkələrin qarşısı alınmalıdır". (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/189167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR