Ermənistanda hakim Respublika Partiyasının aprelin 2-də
keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədləri
diqqət çəkir.
Publika.az xəbər verir ki, Serj Sarkisyanın namizəd
siyahısında çoxsaylı gənc və gözəl qızlar yer alıb.
Sarkisyanın “gözəlçələri” arasında Gənclər Fondunun əməkdaşı
Arusyak Poqosyan, ekspert kimi çıxış edən Mariam Avetisyan, hakim
partiyanın gənclər təşkilatının nümayəndələri Marqarita Sirekyan və
Asmik Apyan, həmçinin, Mariya Baraqamyan, Lilit Qevorqyan, Asmik
Kazaryan kimi qızlar yer alır.
Əgər seçkidə bu qızlar deputat seçilsələr (hakim partiyadan
olduqları üçün seçiləcəkləri ehtimalı böyükdür), parlament
respublikası üsul-idarəsinə keçən Ermənistanı da onlar idarə
edəcək.
Asif