Kolumbiyanın şimalında 6,2 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Zəlzələnin episentri Kaukasiya şəhərindən 76 km cənubda, 70 km dərinlikdə yerləşib.
ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 5 bal olaraq qiymətləndirib.