x
Loading...

Türkiyə XİN Xocalı qətliamı ilə bağlı bəyanat yaydı

Türkiyə XİN Xocalı qətliamı ilə bağlı bəyanat yaydı
19:23 24 Fevral 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı faciəsi ilə bağlı bəyanat yayıb.

APA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, bəyanatda 1992-ci il fevralın 26-da Ermənistanın Dağlıq Qarabağda Xocalı şəhərinə hücum etməsi nəticəsində 613 azərbaycanlının, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın qətlə yetirildiyi qeyd olunur: “1275 nəfər əsir alınıb, 150 nəfərin aqibəti isə bu günə kimi məlum deyil. Bu gün hələ də Azərbaycan torpaqlarının 1/5 hissəsi işğal altındadır, 1 milyonda yaxın azərbaycanlı bacı və qardaşımız qaçqın həyatını davam etdirir. Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın 25 il əvvəl Xocalıda qarşı-qarşı qaldıqları bu vəhşiliyin acısını qəlbimizin ən dərinliyində hiss edir və ağrını ən dərin hisslərimizlə paylaşırıq. Bu insanlıq faciəsinə yol açanlar hər zaman tarix önündə və vicdan qarşısında məhkum qalacaqlar. Ermənistan silahlı qüvvələri tərəfindən gerçəkləşdirilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdir, davam edən işğalını kəskin şəkildə qınayırıq. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir və onların xatirəsi qarşısında hörmətlə baş əyirik”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/189199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR