Azərbaycanlı futbolçu Avroliqanın ən yaxşısı oldu - VİDEO

Azərbaycanlı futbolçu Avroliqanın ən yaxşısı oldu -   VİDEO
21:27 24 Fevral 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Fanat.Az xəbər verir ki, UEFA-nın saytında keçirilən sorğunun qalibi "Olimpiakos"un futbolçusu Kərim Ansarifərd olub.

O, “Osmanlıspor”la səfər matçının 47-86-cı dəqiqələrində iki qol vuraraq komandasını 1/8 finala çıxardıb. 

Qeyd edək ki, Kərim Ansarifərd milliyətcə azərbaycanlıdı. O, 1990-cı ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində dünyaya gəlib. Karyerasına "Saypa"da başlayıb (2007-2012) və daha sonra "Persepolis"də oynayıb (2012-2013). Kərim "Traktorsazi"də daha çox tanınıb. O, 2013/14 mövsümündə oynadığı Təbriz klubunda 32 oyun keçirib və 15 qol vurub.

2014-cü ilin yayında azərbaycanlı futbolçu "Osasuna"ya transfer olunub. İspaniyada bir mövsüm keçirən Kərim 19 rəsmi oyunda meydana çıxsa da, qol vura bilməyib. 2015-ci ildə Yunanıstanın "Panionios" klubuna keçib. Bu qışda isə "Olimpiakos" onu 400 min avroya transfer edib. "Transfermarkt" hazırda futbolçuya 400 min avro qiymət qoyub.

Kərim "Olimpiakos"un heyətində Yunanıstan Super Liqasında cəmi bir oyuna çıxıb və 8 dəqiqə oynayıb. Əvəzində ölkə kubokunda 3 oyun keçirərək 1 qola imza atıb. Avroliqadakı ikinci oyununda isə dubl müəllifi olub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanl-futbolcu-avroliqann-n-yaxs-oldu-t56517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı