Qvardiola sabiq "Barselona"lını istəyir

Qvardiola sabiq "Barselona"lını istəyir
09:27 25 Fevral 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"da rəhbərliyi altında oynamış futbolçunu istəyir. Fanat.Az xəbər verir ki, ispan mütəxəssis Dani Alveşi hədəfə alıb.


"The Daily Mail"in xəbərinə görə, hazırda "Yuventus"da çıxış edən braziliyalı futbolçunun İngiltərəyə köçməsi üçün sadəcə bir əngəl var. Özü də Qvardiolanın yanına getmək istəyən Alveşin maaşının çoxluğu yolunu kəsir. Əgər o, maaşının azalmasına razı olsa, yayda transfer baş tutacaq.


Qeyd edək ki, "Barselona" Alveşi 2008-ci ildə "Sevilya"dan 35,5 milyon avroya alıb. Futbolçu 2016-cı ilin yayında müqaviləsi bitdiyi üçün "Yuventus"a pulsuz keçib.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qvardiola-sabiq-quotbarselonaquotln-istyir-t56521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR