x
Loading...

"Xahiş edirəm, qərarıma hörmət edin"

"Xahiş edirəm, qərarıma hörmət edin"
19:05 25 Fevral 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

"Lester"in sahibi Viçay Srivadhanaprabxa klubun durumu və Kluadio Ranyerinin istefaya göndərilməsinə İnstaqram səhifəsindən münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, taylandlı iş adamı bunları yazıb:

"Məni başa düşən və hər durumda dəstəkləyən azarkeşlərə minnətdaram. Gördükləriniz klub həyatının ictimaiyyətə açıq olan hissəsidir. Rəhbərlik mümkün olanı edir. Problemlərimiz çoxdur, onları həll etmək lazımdır. Klubun Premyer Liqada qalması üçün milyon iş görməliyik. Azarkeşər çox zəhmət çəkiblər. Onların dəyəri böyükdür. Xahiş edirəm, qərarıma hörmət edin. Mən "Lester"in pisliyini istəmirəm. 7 ildir çalışıram ki, klub daha yaxşı olsun. Pul barədə danışmaq lazım deyil. Onlar investisiyalar formasında qayıdır. Məni bir daha İnstaqram-da görməyəcəksiniz".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR