Nikaraquada Vilma Trujillo adlı iki uşaq anası olan qadın şeytan çıxarma ayinində faciəvi şəkildə dünyasını dəyişib.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Mərkəzi Amerika ölkəsinin 25 yaşlı Vilma Trujillo adlı sakini bədəninə şeytan girdiyi iddiasıyla təşkil edilən ayində alovun üzərinə yıxılıb. Gənc qadın bədənindəki ciddi yanıq xəsarətlərinə dözə bilməyərək bir həftə sonra müalicə aldığı xəstəxanada ölüb.
Hadisə ilə əlaqədar Juan Roça və bir neçə adam həbs olunub. Qadının əri Reynaldo Peralta Rodriquez "Onlar arvadımı öldürdü. İki azyaşlı uşağımız var. Mən indi onlara nə söyləyəcəm?" deyib.
Məhəmməd Vaqif
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


