Türkiyədə polislər əxlaqsıqlıq yuvasına basqın ediblər.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, İstanbula gəlişindən etibarən təqib edilən gənc qadının fahişəlik etdiyi məlum olub.

İnternet vasitəsi ilə özünə müştəri yığan N.O.-nun qadınları cinsi istismara məruz qoyan mütəşəkkil cinayətkar dəstə ilə əlaqəsinin olması dəqiqləşib.

Polis məkanları dəqiqləşdirdikdən sonra həmin ərazilərə basqın edib. 7-si qadın olmaqla 13 nəfər saxlanıb. Onlardan biri də ukraynalı N.O-dur.

Onun kimlik bilgiləri polisləri təəccübləndirib. Belə ki, ixtisası həkimlik olan N.O öz istəyi ilə fahişəlik edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində