Bu gün bir çoxlarımızın ekranlardan izlədiyimiz məşhurlar arasında Qarabağ müharibəsində iştirak edənlər də var.

Qarabağ döyüşlərinin canlı şahid olan müğənni Manaf Ağayev Metbuat.az-a maraqlı açıqlama verib:

“Füzuli uğrunda gedən döyüşlər zamanı mən də cəbhə bölgəsində hərbi xidmətimi yerinə yetirmişəm. Çox ağır günlər idi. Silahlanmış ermənilərə qarşı əliyalın vuruşurduq”.

Manaf Ağayev cəbhədə döyüşlərə qatılıb

Manaf Ağayev müharibələr zamanı yaddaşına həkk olunan ən ağır itkisindən də danışdı:

“Cəbhə bölgəsində olmuşam, ermənilərə əsas müqavimət göstərən 7-8 nəfər partizan dəstəsi idi. Ermənilərin vəhşiliyinə qarşı əsgərlərimizin torpağımızı müdafiəsi hələ də yadımdadır. Bu müharibənin mənim üçün ən acı tərəfi əmim oğlunun şəhid olmasıdır. Allah bütün şəhidlərimizə rəhmət etsin!".

Rəvan Nasiroğlu / Metbuat.az