Müğənni Elnarə Xəlilova xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın repertuarından olan "Mən səni araram" mahnısını ifa edib. Onu pianoda bəstəkar-aranjmançı Bəbir Bəbirli müşayiət edib.
Milli.Az bildirir ki, mahnı mərhum sənətkarın xatirəsinə həsr olunub. Elnarə bu musiqi əsərini İ.Quliyevanın ildönümü münasibətilə həyata keçirilən "Gedirəm" layihəsi çərçivəsində ifa edib. Layihənin təşəbbüskarı 106.3 radiosu və ideya müəllifi radionun direktoru Arzu Cəfərovadır.
"Gedirəm" layihəsi çərçivəsində mərhum xalq artistinin 11 ən məşhur və sevilən mahnıları 11 tanınmış Azərbaycan müğənnisi tərəfindən ifa edilib. Onların arasında Elnarə ilə yanaşı, əməkdar artistlər Elza Seyidcahan, Lalə Məmmədova, Mətanət İsgəndərli, eyni zamanda Nadir Qafarzadə, Günay İbrahimli və başqaları da var. Yeni aranjmanda hazırlanan mahnılar eyni adda albomda toplanıb.
Elnarənin ifasında "Mən səni araram" mahnısını təqdim edirik:
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

