Novruz bayramı üçün sərfəli bazarlıq imkanı olacaq.

"Xəzər Xəbər"in məlumatına görə, Bakı və Sumqayıtda bayram münasibəti ilə 7 yerdə yarmarka təşkil olunacaq. Bakıda Xətai rayonu Bakı kinoteatrının yaxınlığı, Nərimanov rayonunda Keşlə bazarında, Səbail rayonu Badamdar qəsəbəsində, Suraxanı rayonunda Əmircan qəsəbəsində, Binəqədi rayonunda isə Dərnəgüldə bayram yarmarkası açılacaq. Sumqayıtda isə 12-ci mikrorayon və köhnə avtovağzalın yanında təşkil olunacaq.

Yarmarkalar hansısa xoşagəlməz halla qarşılaşanların müraciətlərinə də operativ qaydada cavab veriləcək. Hər hansı bir xoşagəlməz hal üçün insanlar nazirliyin 1652 nömrəli qaynar xəttə zəng edə bilərlər

Yarmarkalar 16-19 mart tarixlərində fasiləsiz olaraq 4 gün müddətində davam edəcək.