Əri kişi kimi görünürsən dedikdən sonra sinələrini böyütməyə qərar verən qadının həyatı kabusa dönüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 48 yaşlı Ceyni Birn əri ona xarici görüşünə görə kişi kimi göründüyünü dedikdən sonra 2004-ci ildə sinəsini böyütməyə qərar verib. O, əməliyyata maşınını sataraq təxminən 4 min funt pul ödəyib.
Əməliyyatdan sonra Ceyni özünü seksual hiss etdiyini etiraf edib. Lakin qeyri-peşəkar həkimin səhvi nəticəsində slikonlar qadının sinısində iltihablanmaya səbəb olub. Hətta qollarını qaldıra bilməyən qadın 2012-ci ildə 2 əməliyyat keçirib. O, "Slikonlar çox böyük olduğu üçün döşlərim sallanmışdı, bədənimdə ağırlıq edirdi", - deyə bildirib. Ceyni yenidən 4 min 500 funt-sterlinq ödəyərək slikonlarını dəyişdirməli olub. Bu dəfə isə istədiyindən böyük sklikonlar taxılıb.
2015-ci ildə yenidən başqa bir cərraha gedən qadın bu dəfə 5 min 500 funt-sterlinq ödəyib. Ceyni ilk vaxtlarda nəticədən məmnun qalsa da, zamanla döşlərində ağrı hiss etməyə başlayıb, nəticədə slikonları çıxartmaq məcburiyyətində qalıb. Peşman olduğunu etiraf edən Ceyni keçirdiyi estetik əməliyyatların həyatını məhv etdiyini söyləyib.





