PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin mövsümün sonunda komandadan ayrılacağı barədə xəbərlər gəzirdi.

Metbuat.az-ın məlumatına görə, Paris klubunun idman direktoru Patrik Kluyvert italyan oyunçunun transferi ilə bağlı yayılan iddiaları təkzib edib:

"Verratti yarımmüdafiəmizin dayaqıdır. Bu il o, heç yerə getməyəcək".

Qeyd edək ki, Marko Verrattinin adı "Barselona" ilə yanaşı hallanır. Yarımmüdafiə xəttini gücləndirməyi planlaşdıran katalan klubunun siyahısının başında məhz 24 yaşlı futbolçunun adı var.