UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk görüşləri keçirilib.

Metbuat.az-ın məlumatına görə, "Beşiktaş" Yunanıstanda "Olimpiakos"un qonağı olub. Ev sahibləri 36-cı dəqiqədə Kambyassonun vurduğu qolla hesabda önə keçiblər. Ancaq İstanbul təmsilçisi məğlubiyyətdən xilas ola bilib. 53-cü dəqiqədə qapıçının səhvindən lazımınca faydalanan Abubakar matçın yekun hesabını müəyyənləşdirib.

UEFA Avropa Liqası

1/8 final mərhələsi, ilk oyunlar

"Olimpiakos" - "Beşiktaş" - 1:1

Qollar: Kambyasso, 36 - Abubakar, 53

Komandalar arasında cavab görüşü martın 16-da keçiriləcək.