Almaniyanın Düsseldorf şəhərinin vağzalında naməlum şəxs balta ilə insanlara hücum edib.

Publika.az Türkiyə mətbuatına stinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər yaralanıb. İnsidentdən sonra polis iki nəfəri saxlayıb.

Hücum edən şəxsin kimliyi və əməlinin motivləri hələlik açıqlanmır. Hazırda qatarların hərəkəti dayandırılıb.