"Çelsi"nin baş məşqçisi Antonio Konte "Mançester Yunayted"lə kubok oyunundan öncə fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb.

Metbuat.az-ın məlumatına görə, italyan mütəxəssis Mançester şəhərini təmsil edən "Yunayted" və "Siti"nin heyət baxımından İngiltərə Premyer Liqasının ən güclü klubları olduqlarını deyib:

"Fikrimcə, heyətinə görə İPL-in ən güclü klubları "Mançester Yunayted" və "Mançester Siti"dir. Çoxlu istedadlı futbolçulara malikdirlər.

Şübhəsiz ki, matç həm biz, həm də rəqib üçün ağır keçəcək. Ancaq düşünürəm ki, bizim vəziyyətimiz daha yaxşıdır.

Hazırda formadayıq. Yaxşı futbol sərgiləyirik. Buna baxmayaraq, "Mançester Yunayted"lə çətin olacaq. Bizi güclü rəqib gözləyir".