Uşaqların ən çox yediyi şokoladın qorxunc fəsadları üzə çıxıb.
Metbuat.az xəbər verir ki, alimlər şokoladda təhlükəli maddə aşkar edib. Söhbət kakaonun tərkibində olan vandanamid maddəsindən gedir. Mütəxəssislər hesab edir ki, bu komponent insanlarda asılılıq yaradır və orqanizmə narkotik vasitə olan marixuana kimi təsir göstərir. Lakin narahatlığa elə bir əsas yoxdur. Çünki, şokoladda vandanamidin miqdarı cüzidir. Onun orqanizmə 1 çətənə miqdarında təsir etməsi üçün 30 kq şirniyyat yemək lazımdır.
Orxan / Metbuat.az