Gürcüstanda güclü qar fəsadlar yaradıb, bir çox kəndin ətraf aləmlə əlaqəsi kəsilib

12:02 7 Yanvar 2015
135 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 11:57 ]


Bakı – APA. Gürcüstanın qərb bölgələrində yağan güclü qar fəsadlara səbəb olub. APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Mestia rayonunda (Svaneti bölgəsi) 16 kəndin ətraf aləmlə əlaqəsi itib. Bölgədə qar örtüyünün hündürlüyü iki gün ərzində 2 metrə çatıb. Elektrik xətləri zədələnib, kəndlər işıqsız qalıb.  

 

Regional inkişaf və infrastruktur nazirinin müavini Nodar Cavaxişvili kəndlərin qısa müddətdə qida məhsulları ilə təmin edilməsi üçün əllərindən gələni etdiklərini bildirib: “Nazirliyin bütün aparatı səfərbər olunub. Həmin istiqamətdə aparılan işlərə nazir müavini Georgi Koberidze rəhbərlik edir. Biz qısa müddətdə yolların açılması və əhaliyə zəruri istehlak mallarının çatdırılması üçün hər şeyi edirik”.

 

Svanetiyanın Lentexi rayonunda iki mikroavtobus qarın altında qalıb. Xoşbəxtlikdən mikroavtobusun içindəki sərnişinlər zərər çəkməyib. Hadisə yerində xilasedicilər çalışır.

 

Gürcüstan Daxili İşlər Nazirliyi güclü qar səbəbiylə Kobi-Qudauri avtomobil magistralında hərəkətsiz qalmış avtomobillərdə olan insanların içməli su və qida məhsulları ilə təmin ediləcəyini açıqlayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368247

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR