İngiltərə Federasiya Kubokunun 1/4 finalı çərçivəsində sonuncu görüş keçirilib.

Metbuat.az-ın məlumatına görə, "Çelsi" "Mançester Yunayted"lə qarşılaşıb. 35-ci dəqiqədə ikinci dəfə sarı vərəqə ilə cəzalandırılan Ander Errera "qırmızı şeytanlar"ı azlıqda qoyub. Say çoxluğundan yararlanan "Çelsi" 51-ci dəqiqədə N'Qolo Kantenin sayəsində hesabda önə keçib. Fransız futbolçunun qolu matçda yeganə olub. Minimal fərqlə qələbə qazanan "Çelsi" adını yarımfinalçılar sırasına yazdırıb. "Mançester Yunayted" isə mübarizəni 1/4 finaldaca dayandırıb.

İngiltərə Federasiya Kuboku

1/4 final

"Çelsi" - "Mançester Yunayted" - 1:0

Qol: Kante, 51

Qırmızı vərəqə: Errera ("Mançester Yunayted")

Oyunun videoicmalını təqdim edirik: