Fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş aparıcısı Elgiz Əkbərin yeni iş yeri bəlli olub.

Publika.az-ın ölkə.az-a verdiyi məlumata görə, aparıcı bundan sonra ARB telekanalında fəaliyyətini davam etdirəcək.

Bildirilir ki, aparıcı bu kanalda gündəlik efirə gedəcək "Elin gözü" adlı sosial layihənin aparıcısı olacaq.

Məlumatı ARB-nin Strateji İnkişaf direktoru İsmayıl Həsənov təsdiqləyib.