"Çelsi" bu iki futbolçuya görə 100 milyon xərcləməlidir

"Çelsi" "Everton"un futbolçuları Romelu Lukaku və Ross Barkli ilə yaxından maraqlanır.

Metbuat.az İngiltərə mətbuatına istinadən bildirir ki, Lukaku müqavilə yeniləmək niyyətində olmadığını klub rəhbərliyinə bildirib. Barklinin "Everton"la olan sazişinin müddəti isə növbəti mövsümün sonunda bitir.

"Çelsi" sözügedən transferləri reallaşdırmaq üçün təxminən 100 milyon funt xərcləməli olacaq. Belə ki, "Everton" Lukakuya görə 65 milyon tələb edir. Barklinin transferi isə 30-35 milyon funt dəyərində qiymətləndirilir.

Xatırladaq ki, daha öncə Oskarı Çinin "Şanxay Telleys" klubuna satan "zadəganlar" bu transferdən 60 milyon funt qazanmışdılar. Komandanın liderlərindən Dieqo Kostanın da mövsümün sonunda Asiyaya üz tutmaq ehtimalı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR