x
Loading...

Eks-prezident: “Ermənistan işğal etdiyi torpaqlardan çıxmağa məcbur edilməlidir”

Eks-prezident: “Ermənistan işğal etdiyi torpaqlardan çıxmağa məcbur edilməlidir”
15:33 16 Mart 2017
144 Digər
Ölkə mətbuatı
A- A+

“Dünya birliyi Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa məcbur etməlidir”.

Bunu Publika.az-ın sualına cavabında Bolqarıstan sabiq prezidenti Rosen Plevneliyev bildirib.

Keçmiş prezident deyib ki, bununla bağlı BMT Təhlükəsizlik Şurasının da 4 qətanməsi var.

Onun sözlərinə görə, beynəlxalq birlik Ermənistanı həmin qətnamələrin tələblərini icra etməyə məcbur etməlidir:

“Hamımızın sülhə ehtiyacı var. Regionun sülhə ehtiyacı var. Sülh yalnız o zaman bəqrərar ola bilər ki, dövlətlərin ərazi bütövlüyü təmin olunsun. Sülhsüz millətlər əziyyət çəkir, bir-biri ilə müharibə şəraitində olur. Bu isə həmin dövlətlərin əminamanlığını pozur. Azərbaycanın öz ərazi bütövlüyünü və itirdiyi torpaqlar üzərində idarəçiliyi bərpa etməyə tam hüququ var”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/191604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR